ƏSVƏD ƏNSİ

(11/632-ci ildə vəfat etmişdir) – Ərəbistanın yalançı peyğəmbərlərindən biri olmuşdur. O, özünü peyğəmbər elan edərək Sənanı ələ keçirmiş və özünü Yəmənin başçısı kimi tanıtmaq istəmişdir. Əsvəd Ənsinin təqiblərinə dözməyən Məhəmməd peyğəmbərin Yəmənə göndərdiyi zəkat toplayanlar bu bölgədən çıxmalı olmuşdurlar. Daha sonra Əsvədə qarşı Firuz Deyləminin başçılığı altında İslam ordusu yürüşə çıxdı. Müsəlmanlar Əsvədin güclərini dağıdaraq onu döyüşdə öldürdülər. Bu hadisə Məhəmməd peyğəmbərin vəfatına bir gün qalmış baş vermişdir.
ƏSRİ-SƏADƏT
ƏŞƏRİ ƏBÜLHƏSƏN
OBASTAN VİKİ
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Miqdad ibn Əsvəd
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Miqdad ibn Əsvəd əl-Kindi